"Araz-Naxçıvan"ın futbolçusu 300-cü oyununu keçirib
"Araz-Naxçıvan" klubunun futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubiley matçı Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib.
Futbolçu “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub. O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/2012 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib.
Futbolçu “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.
Qeyd edək ki, 300 matçda 7 qola imza atan U.Abbasov Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.
Oxşar xəbərlər
"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
Almaniyalı futbolçu Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
Naxçıvan klubu Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
