sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Zirə" klubunun futbolçusu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib
"Zirə" klubunun futbolçusu Rafael Utziq Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı legionerin yubileyi Azərbaycan Premyer Liqasının V turunun “Qarabağ”la ev görüşünə (1:3) təsadüf edib.
28 yaşlı hücumçu bu qarşılaşmada sonradan meydana çıxıb. Utziq Premyer Liqadakı 100 matçda 18 qola imza atıb.
Cənubi amerikalı futbolçu “Qəbələ”də 81 oyunda 15, “Zirə”də 19 matçda 3 qola sevinib. O, Premyer Liqada 2020-ci il sentyabrın 19-da “Qəbələ”nin “Keşlə” (indiki “Şamaxı”) ilə ev görüşündə (0:0) debüt edib.
Oxşar xəbərlər
Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib
Almaniyalı futbolçu Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
"Qarabağ"ın futbolçusu Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub
"Səbail" Premyer Liqada rekordunu təkrarlayıb
"Zirə" Premyer Liqadakı oyunun təxirə salınması üçün PFL-ə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













