Mixaylo Spasov: Süni intellekt məsələsi Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir
Davam edən hibrid müharibə şəraitində süni intellektin təhlükəsiz və məsuliyyətli istifadəsi məsələsi Ukrayna üçün xüsusi əhəmiyyət kəsb edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ukrayna ombudsmanının müavini Mixaylo Spasov Beynəlxalq Bakı Ombudsmanlar Sammiti çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar dezinformasiya yaratmağa və yaymağa, eləcə də məzmunu manipulyasiya etməyə imkan verir, bu da təkcə vətəndaşların etibarlı məlumat almaq hüququna xələl gətirmir, həm də cəmiyyətin dövlət institutlarına və kütləvi informasiya vasitələrinə inamını sarsıdır.
"Uşaqların və gənclərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz fəaliyyətlərə cəlb edilməsi, həmçinin onların şüuruna psixoloji təsir göstərilməsi üçün rəqəmsal texnologiyalardan istifadə olunması xüsusi narahatlıq doğurur. Eyni zamanda, uşaqlar, gənclər, əlilliyi olan şəxslər və yaşlı insanlar da daxil olmaqla, əhalinin həssas qrupları bu cür təsirlərə qarşı xüsusilə həssasdır, çünki onların rəqəmsal məzmunu tənqidi təhlil etmək və ya rəqəmsal mühitdə öz hüquqlarını qorumaq imkanları məhdud ola bilər", - o qeyd edib.
M. Spasov vurğulayıb ki, Ukraynada süni intellektin inkişafı şəraitində insan hüquqlarının qorunması ombudsman ofisinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir. "Biz müntəzəm olaraq insan hüquqlarını süni intellekt texnologiyalarının tətbiqi prosesinin mərkəzində qoyan yanaşmaların tətbiq edilməsi zərurəti ilə bağlı tövsiyələr veririk", - o bildirib.
Spasov həmçinin Ukraynada rəqəmsallaşma sürəti ilə hüquqi müdafiə mexanizmlərinin inkişafı arasında mövcud olan disbalansa diqqət yetirib:
"Hazırda Ukraynanın hüquq sistemində müəyyən bir paradoks mövcuddur: dövlət xidmətlərinin yüksək rəqəmsallaşma səviyyəsi fərdi məlumatların qorunmasına dair hüquqi təminatların inkişafını qabaqlayır. Buna görə də, süni intellekt texnologiyalarının istifadəsi üçün normativ-hüquqi bazanın olmaması, eləcə də kifayət qədər resurslara malik effektiv müstəqil nəzarət orqanının yoxluğu bu gün vətəndaşlarımızın üzləşdiyi əsas çağırışlardan biridir".
Oxşar xəbərlər
Oman "ağıllı idarəetmə"yə keçid zamanı insan ləyaqətinin qorunmasına çağırış edib
Azərbaycanda gömrük proseslərinin sürətləndirilməsi üçün süni intellekt tətbiq ediləcək
Afarin Şahidzadə: Rəqəmsal məkanda insan hüquqlarının müdafiəsi əsas çağırış olaraq qalır
Culiya Bekker: KİV süni intellekt tərəfindən yaradılan kontenti vurğulamağa borcludur
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
