Tramp: İranla danışıqların növbəti mərhələsi daha asan olacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla danışıqların növbəti mərhələsi əvvəlkindən daha asan olacaq.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp, bu barədə Fransada G7 sammiti çərçivəsində Qətər əmiri Təmim bin Həməd Al Tani ilə görüşü zamanı deyib.
"Proses ikinci mərhələyə keçir və mənə elə gəlir ki, o, daha asan olacaq", - D.Tramp bildirib.
Razılaşmaların məzmunundan danışan ABŞ Prezidenti vurğulayıb ki, İranın nüvə silahına malik olmasının qarşısının alınması əsas şərt olaraq qalır: "Mənim üçün həqiqətən vacib olan yeganə şey İranın heç vaxt nüvə silahına sahib olmamasıdır və bu, razılaşmada açıq və aydın şəkildə qeyd olunub".
Bununla yanaşı, D.Tramp qeyd edib ki, əgər Tehran nə vaxtsa nüvə silahı əldə edərsə, İran "əsl cəhənnəmi yaşayacaq". Buna görə də o, İrana belə silahları almağı qadağan edən bəndin müqaviləyə daxil edilməsində təkid edib.
ABŞ Prezidenti həmçinin İranda hakimiyyət dəyişikliyinə təşəbbüs göstərmək istədiyi barədə iddiaları rədd edib: "Mən rejim dəyişikliyinə inanmıram. Mən illərlə rejim dəyişikliklərini müşahidə etmişəm, onlar heç vaxt işə yaramır".
O, həmçinin İrana mümkün ABŞ investisiyaları barədə xəbərləri təkzib edərək, bu cür iddiaları "cəfəng" adlandırıb və Vaşinqtonun Tehran qarşısında maliyyə öhdəlikləri götürmək niyyətində olmadığını vurğulayıb.
Oxşar xəbərlər
Tramp: İrana nüvə silahına malik ola bilməyəcəyi aydın şəkildə bildirilib
Tramp: İranın nüvə silahı varsa, heç bir sülh ola bilməz
Tramp: İranın nüvə silahı olmamalıdır
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
Tramp yenidən İranın təhdid edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
Zakir Həsənov Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
