Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət komandası Fransada turnirə qatılacaq
sizinxeber.az xəbər saytı

Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət komandası Fransada turnirə qatılacaq


Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) komandası iyulun 6-11-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək "Xüsusi olimpiya birləşmiş futbol dünya kuboku"nda iştirak edəcək.

"Sizinxeber.az" xəbər verir ki, yığma B qrupunda Namibiya, ABŞ və Qvatemala kollektivləri ilə mübarizə aparacaq.

Turnir Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur. Yarışda 24 – 12 kişi və 12 qadın komandası iştirak edəcək.

Azərbaycan komanda ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Yığma Dünya Kubokuna hazırlıq çərçivəsində məşqləri davam etdirir.

Oxşar xəbərlər

Xüsusi Olimpiya Komitəsinin yeni sədri seçilib
Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası mübarizəyə başlayır
Avropa Kuboku: "Kür" komandası ilk oyunda qələbə qazanıb
Dünya Seriyası: "Neftçi"nin 3x3 basketbol komandası 1/4 final oyununa çıxacaq
Avropa Kuboku: “Kür” komandası bu gün mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər