Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycanın yeniyetmə boksçuları Serbiyadakı Millətlər Kubokunda 13 medal əldə ediblər


Azərbaycanın yeniyetmə boksçuları Serbiyanın Vrbas şəhərində keçirilən Millətlər Kubokunda 13 medal qazanıblar.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Boks Federasiyasından bildirilib.

Vaqif Kazımovun baş məşqçi olduğu U-17-nin heyətində Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq) və Mehran Rəsulov (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Aydın Şahbazov (46 kq), Nihat Məmmədli (48 kq), Əli Camalzadə (57 kq), Şükar Əliyev (80 kq) gümüş medal, Həsrət Məmmədov (46 kq) və Elcan Musazadə (54 kq) isə bürünc medala sahib olublar.

7 qızıl, 4 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub. Vəkil Qurbanov yarışın ən yaxşı xarici boksçusu, Fərhad Rəhmanov isə ən yaxşı hakimi seçilib.

Qeyd edək ki, Azərbaycanı 8 ölkənin qatıldığı beynəlxalq turnirdə 13 idmançı təmsil edib.

Oxşar xəbərlər

Dünya Millətlər Kubokuna Azərbaycandan 13 boksçu qatılacaq
Azərbaycan boksçuları "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 45 medal qazanıblar
Azərbaycanın cüdo millisi Avropa Kubokunda birinci yeri tutub
Azərbaycan taekvondoçuları Niderlandda keçirilən yarışda daha 16 medal qazanıblar
Azərbaycan boksçuları Gürcüstanda keçirilən beynəlxalq turnirdə 7 medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər