ZDF: Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır
sizinxeber.az xəbər saytı

ZDF: Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır


Avropa ölkələrinin Ukraynaya hərbi yardımını artırması Almaniyada getdikcə daha az dəstək qazanır.

Bu barədə ZDF telekanalının sifarişi ilə "Wahlen" tədqiqat qrupu tərəfindən keçirilən sorğunun nəticələrində bildirilib.

Sorğuya əsasən, fevral ayında respondentlərin 43 faizi Avropa ölkələrinin Kiyevə dəstəyini artırmalı olduğunu düşünürdü.

Hazırda isə bu mövqeni dəstəkləyənlərin payı 32 faizə enib.

Eyni zamanda, Ukraynaya yardımın azaldılmasını istəyənlərin sayı artıb. Fevral ayında bu göstərici 24 faiz olduğu halda, hazırda 31 faizə yüksəlib.

Araşdırma iyunun 16-18-də aparılıb və sorğuda 1190 nəfər iştirak edib.

Oxşar xəbərlər

Almaniyada AfD partiyasının reytinqi rekord həddə çatıb
KİV: Avropa Ukraynaya 25 min hərbçi göndərə bilməyəcək
Aİ-nin Ukraynaya yardımı 168,9 milyard avroya çatıb
Tramp Dövlət Departamentinə Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
“Ramştayn” formatının 28-ci iclasında Ukraynaya hərbi dəstək qərarı verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər