Almaniyalı futbolçu Azərbaycan çempionatlarında 30-cu qolunu vurub
Almaniyalı futbolçu Coy Lens Mikels Azərbaycan çempionatlarında 30-cu qolunu vurub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Sabah”ın hücumçusunun yubileyi Premyer Liqanın III turuna təsadüf edib.
30 yaşlı forvard “Neftçi” ilə səfər görüşündə (2:0) fərqlənib.
“Sabah”ın Premyer Liqada ən yaxşı bombardiri olan Coy Lens bütün qollarını Bakı klubunun heyətində vurub. O, “30”a 64-cü oyununda çatıb.
Mikels Azərbaycan çempionatları tarixində 30 və daha çox qola imza atan 101-ci futbolçudur. O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemonla 98-101-ci yerləri bölüşdürür.
Qeyd edək ki, almaniyalı hücumçunun Premyer Liqadakı ilk qolu 2021/2022 mövsümünə təsadüf edib. O, 2021-ci il oktyabrın 31-də “Qəbələ” ilə səfər matçında (3:1) fərqlənib.
Oxşar xəbərlər
Naxçıvan klubu Azərbaycan çempionatlarında yubiley qələbəsini qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
