Azərbaycan Premyer Liqası klublarının azarkeşlərlə əlaqələndirici şəxsləri üçün görüş keçirilib
AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqası və I Liqa klublarında çalışan azarkeşlərlə və əlil azarkeşlərlə əlaqələndirici şəxslərlə görüş keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları bir sıra mövzuları müzakirə ediblər.
Bunlar ötən mövsüm ərzində baş vermiş hadisələr, cari mövsüm üçün planlar, Avropa Futbol Azarkeşləri təşkilatının klub nümayəndələrinə verdiyi tövsiyələr, azarkeşlərlə əlaqələndirici şəxs (SLO), təhlükəsizlik rəhbərləri və hüquq-mühafizə orqanları arasında koordinasiyadır.
Bundan əlavə, 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku və I Liqa yarışlarının Əsasnaməsinə əlavə edilmiş “Azarkeşlərin davranış qaydaları”na dair bəndlərlər müzakirə olunub.
Görüşdə həmçinin DİN, AFFA və PFL əməkdaşları azarkeşlərlə əlaqələndirici şəxslərdən gələn sualları cavablandırıblar.
Oxşar xəbərlər
Klublar Komitəsinin iclası keçirilib, AFFA-ya müraciət olunacaq
Maliyyə menecerləri üçün seminar keçirilib
Premyer Liqa klubu Argentina millisinin üzvü ilə anlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
