ÜST: Ebola epidemiyası ilə mübarizə səyləri xəstəliyin yayılma sürətindən geri qalır
Konqo Demokratik Respublikası və Uqandada davam edən Ebola epidemiyasının yayılması ona qarşı görülən tədbirləri üstələyir.
“Reuters” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.
“Əldə etdiyimiz müsbət nəticələrə baxmayaraq, hələ də böyük çətinliklərlə üzləşirik və epidemiya ona qarşı görülən tədbirlərdən daha sürətlə yayılmaqda davam edir”, – o deyib.
ÜST rəhbəri qeyd edib ki, Ebola epidemiyasının qlobal risk səviyyəsi hələlik aşağı olaraq qalır. Bununla belə, virusun nadir Bundibuqyo ştammının yayılmasının qarşısını almaq üçün tədbirlərin daha da gücləndirilməsinə ehtiyac var.
“Təmasda olan şəxslərin izlənməsi kifayət qədər effektiv deyil, müalicə imkanları məhduddur və təhlükəsiz dəfn prosedurları ciddi problem olaraq qalır. Səhiyyə sistemi böyük təzyiq altındadır”, – ÜST-nin baş direktoru bildirib.
ÜST-nin məlumatına görə, epidemiyanın əsas ocağı Konqo Demokratik Respublikasıdır. Burada indiyədək 1094 təsdiqlənmiş yoluxma halı və 277 ölüm qeydə alınıb. Uqandada isə 20 yoluxma və iki ölüm faktı təsdiqlənib.
Təşkilatın yüksəkvəzifəli rəsmilərindən biri bildirib ki, bu epidemiya xəstəliyin tarixində ilk ay ərzində qeydə alınan ən yüksək təsdiqlənmiş yoluxma sayı ilə müşayiət olunur.
Oxşar xəbərlər
ÜST Ebola epidemiyasına görə Konqo və Uqandada fövqəladə vəziyyət elan edib
Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb
Konqoda Ebola virusundan ölənlərin sayı 86-ya çatıb
Konqoda Ebola virusundan ölənlərin sayı 250-ni ötüb
ÜST 518 milyon dollar dəyərində Ebola ilə mübarizə planını elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
