Məhəmməd Əl-Casir: "Bakı 2036-cı ilə qədərki yeni strategiyanı reallaşdırmaqda əsas mərhələ olub"
sizinxeber.az xəbər saytı

Məhəmməd Əl-Casir: "Bakı 2036-cı ilə qədərki yeni strategiyanı reallaşdırmaqda əsas mərhələ olub"


Bakı İslam İnkişaf Bankının (IsDB) strateji planlaşdırma mərhələsindən yeni onillik proqramın praktiki icrasına keçid prosesində ən mühüm mərhələyə çevrilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə IsDB Qrupunun sədri Məhəmməd Əl-Casir Bakıda keçirilən IsDB Qrupunun 51-ci illik toplantısının mətbuat konfransında bildirib.

O xatırladıb ki, bir il əvvəl Əlcəzairdə keçirilən görüşdə İdarəçilər Şurası təşkilatın qarşıdan gələn onillik üçün ümumi prioritetlərini və məqsədlərini müəyyən edən 2026–2035-ci illər üzrə strateji çərçivə proqramını təsdiqləyib.

"Bu gün sözügedən çərçivə proqramı 2026-2030-cu illər üçün beşillik korporativ strategiyalarımız vasitəsilə konkret fəaliyyətlərə çevrilir. Bakı bu yenilənmiş çərçivə proqramının həyata keçirilməsinin ilk ilində ən mühüm mərhələdir. Ötən il səhmdarlarımız fəaliyyət istiqamətini müəyyən etdilər. Bu il biz praktiki icra və konkret nəticələrin əldə olunması üzrə mərhələyə inamla qədəm qoyuruq", - Məhəmməd Əl-Casir bildirib.

Oxşar xəbərlər

Azərbaycan və IsDB strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək
IsDB Qrupunun sədri ölkələri Azərbaycandan nümunə götürməyə çağırıb
Məhəmməd Əl-Casir DÇ-nin 1/4 finalına yüksələcək IsDB-yə üzv ölkənin komandasının formasını geyinəcəyini vəd edib
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər