BMT-nin təxliyə planı çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb
BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) hazırladığı xüsusi təxliyə sxemi çərçivəsində gəmilər Hörmüz boğazından keçməyə başlayıb.
Bu barədə “Reuters” təşkilatın açıqlamasına istinadən məlumat yayıb.
Təşkilatın sözçüsü bildirib ki, münaqişə səbəbindən Fars körfəzində qalan gəmilərin təhlükəsiz şəkildə bölgədən çıxarılmasını nəzərdə tutan plan artıq icra olunur.
IMO daha əvvəl açıqlamışdı ki, aylarla davam edən danışıqlardan sonra razılaşdırılan təşəbbüs yüzlərlə gəminin və təxminən 11 min dənizçinin Hörmüz boğazından təhlükəsiz keçidinə imkan verəcək.
“Gəmilər artıq plan çərçivəsində boğazdan keçməyə başlayıb”, – təşkilatın sözçüsü deyib.
O, keçid edən gəmilərin konkret sayı barədə əlavə məlumat verməyib.
LSEG gəmi izləmə məlumatlarına görə, son 12 saat ərzində ən azı iki quru yük gəmisi və bir yük gəmisi sözügedən sxem çərçivəsində Hörmüz boğazını keçib.
Bundan əlavə, ümumilikdə 5 milyon barel xam neft daşıyan və bölgədə qalan üç tanker də Hörmüz boğazını tərk edib. Onlardan ikisinin Asiya istiqamətində hərəkət etdiyi bildirilir.
Oxşar xəbərlər
İran XİN: Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq
SEPAH son sutkada 26 gəminin Hörmüz boğazından keçdiyini bildirib
ABŞ Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün koalisiya yaratmaq istəyir
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
SEPAH ABŞ Mərkəzi Komandanlığını təkzib edib: Hörmüz boğazından heç bir ticarət gəmisi keçməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
