Sabah Rubionun Yaxın Şərq ölkələrinə səfəri başlayır
sizinxeber.az xəbər saytı

Sabah Rubionun Yaxın Şərq ölkələrinə səfəri başlayır


ABŞ-nin Dövlət katibi Marko Rubio iyunun 23-dən 25-dək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreynə səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentindən bildirilib.

Məlumata görə, səfər zamanı Rubio Hörmüz boğazı vasitəsilə yüklərin tam, sərbəst və təhlükəsiz tranzitinin təmin edilməsi istiqamətində səyləri, eləcə də regionda sülh və sabitlik məsələlərini müzakirə etməyi planlaşdırır.

Qeyd edilib ki, ABŞ və İran arasında anlaşma memorandumunun icrasına xüsusi diqqət ayrılacaq.

Bəhreyndə dövlət katibi həmçinin Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüş keçirəcək və tərəflər qarşılıqlı maraq doğuran prioritet məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, onun bir neçə Yaxın Şərq ölkəsinə səfəri barədə ilk məlumat iyunun 20-də "Axios"da yayılıb.

Oxşar xəbərlər

"Axios": Rubio gələn həftə bir neçə Yaxın Şərq ölkəsinə səfər etməyi planlaşdırır
Rubionun Səudiyyə Ərəbistanına səfər edəcəyini təsdiqlənib
ABŞ dövlət katibi Marko Rubio Türkiyəyə səfər edəcək
KİV: ABŞ-nin dövlət katibi Panamaya səfər edəcək
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər