Ödəniş kartları ilə bağlı təhlükəsizlik standartlarının qanunvericiliyə inteqrasiyası təklif olunur
Azərbaycanda Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartı (PCI DSS) tələblərinin qanunvericiliyə inteqrasiyası vacibdir.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.
Onun sözlərinə görə, risklərin idarə edilməsi çərçivəsində son dövrlərdə aktiv müzakirə olunan PCI DSS standartları ödəniş kartı məlumatlarının təhlükəsizliyi ilə bağlıdır və bu istiqamətdə hər hansı tələbin tətbiqindən əvvəl ekosistemin hərtərəfli qiymətləndirilməsi vacibdir: "Mümkün tələblərin ilk növbədə ölkə qanunvericiliyində əks olunması zəruridir. Əks halda, yanaşmalarda fərqlər yarana və bu da ekosistem iştirakçıları üçün əlavə maliyyə yükü formalaşdıra bilər.
Qiymətləndirmə nəticəsində müəyyən oluna bilər ki, ekosistemin bəzi iştirakçıları yalnız bir və ya iki əsas tələbə cavab verməlidirlər. Bu halda həmin tələblər Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə yerli qanunvericiliyə inteqrasiya edilə bilər. Beləliklə, fəaliyyətində yüksək risk daşımayan maliyyə institutları yerli normativ tələblər əsasında informasiya təhlükəsizliyini təmin edə bilərlər. Digər tərəfdən, qiymətləndirmə nəticələri zəruri hesab edərsə, daha yüksək risk daşıyan maliyyə institutları PCI DSS sertifikatlaşdırılması və ya onun tələblərinə uyğunluq istiqamətində addımlar ata bilərlər".
Oxşar xəbərlər
Ekspert: "Rəqəmsal ödəniş ekosistemində fırıldaqçılığa qarşı mübarizə gücləndirilməlidir"
ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir
"Bank of Baku"dan maliyyə savadlılığına töhfə: uşaqlar üçün maarifləndirici kitabça
Azərbaycanda son 3 ildə milli ödəniş sisteminin ümumi dövriyyəsi 4 dəfəyə yaxın artıb
Zakir Nuriyev: "Türk dövlətlərində maliyyə inteqrasiyası üçün yeni İşçi Qrupları yaradılmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABŞ İrana zərbələr endirməyə başlayıb
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıb
-
ABŞ İranın bir sıra ərazilərinə zərbələr endirib
-
Avtomobildə 72 kq narkotik aşkarlanıb - VİDEO
