"Beşiktaş" PSJ-nin qapıçısı Luka Şevalye ilə maraqlanır
sizinxeber.az xəbər saytı

"Beşiktaş" PSJ-nin qapıçısı Luka Şevalye ilə maraqlanır


Fransanın PSJ klubunun qapıçısı Luka Şevalye karyerasını Türkiyədə davam etdirə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin məşhur "Lequipe" nəşri məlumat yayıb.

"Beşiktaş" 24 yaşlı futbolçu ilə maraqlanır. İstanbul təmsilçisi fransalı oyunçu üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır.

Lakin Türkiyə klubunun Şevalyenin keçidi üçün çətinlik çəkəcəyi bildirilib. Çünki qolkiper daha cəlbedici layihəyə üstünlük vermək niyyətindədir.

Xatırladaq ki, Luka Şevalyenin PSJ ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, başa çatan mövsümdə 26 oyunda meydanda olub.

Oxşar xəbərlər

PSJ Fransa klubunun qapıçısını heyətinə qatır
Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
"Barselona"nın futbolçusu karyerasını Türkiyədə davam etdirə bilər
İtaliya millisinin qapıçısı karyerasını Türkiyədə davam etdirə bilər
Luka Modriç İngiltərə klubunun sahiblərindən biri olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər