Azərbaycanda yerli QR ödəniş infrastrukturu xarici sistemlərlə inteqrasiya olunacaq
Ölkədaxili QR ödəniş sistemləri gələcəkdə xarici sistemlərlə inteqrasiya ediləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsullarının inklüzivliyi departamentinin direktor müavini Ramil Mahmudov "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda yeni ödəniş vasitələrindən sayılan QR ödənişləri sahəsində ölkə miqyasında vahid standartlar təsis olunub: "Bu standartların başlıca üstünlüyü beynəlxalq EMV QR standartları bazasında formalaşdırılmasıdır. Bu da perspektivdə Azərbaycanın QR ödəniş infrastrukturunun digər dövlətlərin sistemləri ilə birləşdirilməsinə şərait yaradacaq.
Həmçinin EMV QR standartını tətbiq edən xarici ölkələrin ödəniş həllərinin yerli ekvayer şəbəkəsində istifadəsi mümkünləşəcək. Bu model banklar və ödəniş xidməti təminatçıları qarşısında yeni perspektivlər açacaq, eyni zamanda transsərhəd ödənişlərin genişlənməsinə dəstək verəcək".
R. Mahmudov bildirib ki, Azərbaycanda QR standartının həyata keçirilməsi qısa zaman ərzində effektiv nəticələr göstərməyə başlayıb: "Keçən ilin noyabr ayında AZQR standartı qüvvəyə minib, cari ilin əvvəlindən isə banklarla intensiv inteqrasiya proseslərinə start verilib. Nəticə etibarilə QR ödənişləri üzrə dövriyyə həcmi 22 milyon manat səviyyəsinə yüksəlib.
Bu rəqəmin hələ yekun hədd olmadığını və bazarda daha geniş potensialın olduğunu qeyd edirik. Paralel olaraq, QR ödənişləri üzrə əməliyyat sayı da 8,8 dəfə artım göstərib".
O xatırladıb ki, hazırda reallaşdırılan əhəmiyyətli layihələrdən biri Hökumət Ödəniş Portalı (HÖP) vasitəsilə hesablaşmaların mövcud sistemdən Ani Ödənişlər Sisteminə köçürülməsidir.
R. Mahmudov vurğulayıb ki, ölkədə 21 AZQR təchizatçısı fəaliyyət göstərir: "Bu prosesdə banklarla yanaşı, holdinqlər və fintex şirkətləri də fəal iştirak edir. AZQR ödənişlərinin yayılmasında əsas indikatorlardan biri bu sistemi dəstəkləyən POS-terminalların sayıdır.
Hazırda ölkə üzrə quraşdırılmış POS-terminalların 71 %-i artıq QR ödənişlərini qəbul edir. Bu göstəricinin daha da yüksəldilməsi nəzərdə tutulur və əsas hədəf dəstək səviyyəsini 100 %-ə çatdırmaqdır. Lakin bazarda hələ də dinamik QR funksionallığını dəstəkləməyən köhnə nəsil POS-terminallar qalmaqdadır.
Bundan əlavə, ilin sonunadək QR ödənişlərini qəbul edən terminalların sayının daha da çoxalacağı və göstəricilərin yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır".
Oxşar xəbərlər
ABA: Türk dövlətlərində rəqəmsal ödəniş inteqrasiyası üçün yeni imkanlar genişlənir
Azərbaycanda lisenziyasız ödəniş xidmətləri göstərilməsi faktı aşkar olunub
"Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” dəyişib
Azərbaycanda son 3 ildə milli ödəniş sisteminin ümumi dövriyyəsi 4 dəfəyə yaxın artıb
Mərkəzi Bank "Azərikard"ın lisenziyasını məhdudlaşdırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Nquyen Tiyen: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunam
-
Litva və Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
