Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi razılaşdırılıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və İran arasında Araz çayının su ehtiyatlarının bölüşdürülməsi razılaşdırılıb


08–11 iyun tarixlərində Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclası İran İslam Respublikasında keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, İran İslam Respublikası Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi xanım Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.

İclas çərçivəsində Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimləri hazırlanaraq təsdiq olunub. Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.

Oxşar xəbərlər

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb
ADSEA-nın kollegiyasının tərkibi təsdiqlənib
ADSEA-nın kollegiyasının tərkibi təsdiq olunub
ADSEA: Qarabağda su-meliorasiya idarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər