UEFA Rusiya klublarının  kənarlaşdırılma müddətini uzadıb
sizinxeber.az xəbər saytı

UEFA Rusiya klublarının kənarlaşdırılma müddətini uzadıb


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Rusiya klublarının kənarlaşdırılmasını 2027-ci ilin yayına qədər uzadıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə məlumat təşkilatın saytında yerləşdirilib.

UEFA İcraiyyə Komitəsi növbəti mövsüm üçün avrokubok iştirakçılarının siyahısına dəyişikliklər edib. Bu, Rusiya klublarının və yığmalarının UEFA-nın himayəsi altında keçirilən yarışlarda iştirakdan kənarlaşdırılmasının davam etməsi ilə əlaqədar olub.

Başa çatmış mövsümün yekunlarına əsasən, Rusiya ittifaqın əmsallar cədvəlində 28-ci yeri tutub. Reqlamentə görə, bu ona avrokuboklarda iştirak etmək üçün dörd klubu göndərmək hüququ verə bilərdi.

Ukraynadakı müharibəyə görə Rusiya 2022-ci ilin fevralından Beynəlxalq Futbol Federasiyası (FİFA) və UEFA-nın sanksiyaları altındadır.

Oxşar xəbərlər

FIFA prezidenti Rusiya komandalarının beynəlxalq yarışlara mümkün qayıdışına münasibət bildirib
İngiltərə klublarının Çempionlar Liqası üçün sifariş vərəqəsinin genişləndirilməsi təklifi qəbul edilməyib
Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib
UEFA reytinqi: Azərbaycan Rusiyanı qabaqlayıb
PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər