IATA yeni alyans vasitəsilə 2035-ci ilə qədər 100 milyard dollaradək maliyyə cəlb ediləcəyini gözləyir
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) qlobal CORSIA mexanizmi çərçivəsində məqbul emissiya azaltma vahidləri təklifinin genişləndirilməsinə dəstək məqsədilə alyansın yaradıldığını elan edib.
"Sizinxeber.az"un Rio-de-Janeyroya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında IATA-nın davamlı inkişaf üzrə baş vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen bildirib.
Onun sözlərinə görə, yeni təşəbbüs əlçatan məqbul emissiya azaltma vahidlərinin həcmini 2027-ci ilin yazına qədər 225-250 milyon vahidə çatdırmaq üçün CORSIA ekosisteminin iştirakçılarını birləşdirəcək.
"Alyansın məqsədi maraqlı təşkilatların resurslarını birləşdirmək və ünvanlı, praktiki və praqmatik dəstək vasitəsilə mövcud "dar yerləri" aradan qaldırmaqdır. Xüsusilə söhbət Paris Sazişi çərçivəsində dövlətlərin milli iqlim öhdəlikləri ilə CORSIA sistemində istifadə məqsədilə karbon kvotalarının təqdim edilməsi üçün tələb olunan prosedurlar arasında qarşılıqlı əlaqənin sadələşdirilməsindən gedir", - M. Tomsen qeyd edib.
O vurğulayıb ki, alyans həmçinin ölkələrin karbon bazarlarına və onlarla bağlı maliyyə və texniki resurslara çıxışının genişləndirilməsinə yardım edəcək.
M. Tomsenin sözlərinə görə, CORSIA Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) üzv dövlətlər tərəfindən 2016-cı ildə yaradılmış beynəlxalq aviasiyanın emissiyalarının tənzimlənməsi üzrə qlobal miqyasda razılaşdırılmış yeganə sistem olaraq qalır.
"Bununla belə, dövlətlərin Paris Sazişi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində emissiyaların azaldılması üzrə öz öhdəlikləri var. İkili uçotun qarşısını almaq üçün bu sistemlər arasında kvotaların ötürülməsi zərurəti bazarın inkişafı üçün əsas maneələrdən birinə çevrilib. Alyans bu və CORSIA bazarına kvotaların daxil olmasını məhdudlaşdıran digər maneələrin aradan qaldırılmasında praktiki kömək göstərəcək", - o bildirib.
M. Tomsen qeyd edib ki, birinci mərhələdə CORSIA mexanizminin reallaşdırılması 4 milyarddan 5 milyard ABŞ dollarınadək iqlim maliyyəsi cəlb edə bilər, 2035-ci ilə qədər isə bu göstərici karbon bazarındakı qiymət dinamikasından asılı olaraq 100 milyard ABŞ dollarına çata bilər.
"Bu, iqlim layihələrini maliyyələşdirməyə, ucqar icmaları dəstəkləməyə və iqtisadi inkişafı stimullaşdırmağa imkan verəcək. Biz karbon bazarı iştirakçılarını və ixtisaslaşmış təşkilatları CORSIA-nın öz sosial, iqtisadi və iqlim potensialını reallaşdırmasına kömək etmək üçün alyansa qoşulmağa dəvət edirik", - IATA-nın baş vitse-prezidenti əlavə edib.
Oxşar xəbərlər
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
IATA: Aİ ekoloji aviasiya yanacağından istifadəyə dair yanaşmanı yenidən nəzərdən keçirməlidir
Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
Rafael Şvartsman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"
IATA aviasiya sənayesinin eSAF qıtlığı səbəbindən itkilərinin 16 milyard avroyadək olacağını proqnozlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
