Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib
sizinxeber.az xəbər saytı

Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib


Azərbaycan klublarının UEFA reytinqindəki mövqeyi müəyyənləşib.

"Sizinxeber.az" xəbər verir ki, təmsilçilərimiz arasında ən yaxşı nəticə hazırda 69-cu pillədə olan “Qarabağ”a məxsusdur.

Qurban Qurbanovun yetirmələri “Atletik” (İspaniya), “Frayburq” (Almaniya), “Anderlext” (Belçika), “Beşiktaş” (Türkiyə), “Nyukasl” və “Brayton” (hər ikisi İngiltərə) kimi klubları qabaqlayb. Son 5 mövsümün nəticələrinə əsasən tərtib olunan siyahıda Ağdam təmsilçisinin hesabında 32,000 xal var.

Azərbaycanın digər klublarından "Neftçi" (8,000 xal) 187-ci, "Zirə" (4,000 xal) 318-ci, "Sabah" (4,000 xal) 319-cu, "Sumqayıt" (4,000 xal) 323-cü, "Qəbələ" (3,000 xal) 337-ci, əvvəllər "İnter" və "Keşlə" adları ilə fəaliyyət göstərmiş "Şamaxı" (2,500 xal) isə 338-ci yerdədir.

Qeyd edək ki, Avropanın 427 klubunun yer aldığı siyahının ilk pilləsində 143,500 xalla İspaniya təmsilçisi "Real" qərarlaşıb. İngiltərədən "Mançester Siti" (137,750 xal) ikinci, Almaniyadan "Bavariya" (135,250 xal) üçüncüdür.

Oxşar xəbərlər

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib
UEFA Avropa Liqası: Liqa mərhələsinin III turuna bu gün yekun vurulacaq
Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik olmayıb
UEFA Avropa Liqası: Liqa mərhələsinin III turuna yekun vurulub
Avropa Liqası: Türkiyə klublarının pley-offdakı rəqibləri bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər