"Reuters": Fransa və bir sıra digər ölkələr İsrailə təzyiqi artırmaq üzərində işləyir
Fransa bir sıra ölkələrlə birlikdə İordan çayının Qərb sahilində gərginliyin artmasında əli ola biləcək İsrail rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanını müzakirə edir.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi üç avropalı diplomata istinadən məlumat yayıb.
Məlumata görə, nəzərdən keçirilən tədbirlərə aktivlərin dondurulması və bəzi ölkələrə girişin qadağan edilməsi daxil ola bilər. Bununla belə, yekun qərarlar hələ razılaşdırılmayıb, lakin yaxın günlərdə elan oluna bilər.
Məqalədə qeyd olunub ki, təşəbbüsün müzakirəsi regionda zorakılığın artması, o cümlədən Qərb sahilində məskunlaşanların iştirakı ilə baş verən insidentlərlə bağlıdır. Bir sıra Qərb ölkələrində vəziyyətin inkişafından və baş verənlərin Fələstin-İsrail münaqişəsinin həlli perspektivlərinə təsirindən narahatlıq ifadə olunur.
Diplomatlar qeyd edirlər ki, Avropa İttifaqı səviyyəsində vahid mövqenin olmaması ayrı-ayrı dövlətləri milli səviyyədə tədbirləri nəzərdən keçirməyə vadar edir. Koordinasiyada iştirak edən ölkələr arasında Böyük Britaniya və Norveçin adı çəkilir, lakin təşəbbüs iştirakçılarının yekun siyahısı hələ müəyyənləşməyib.
Daha əvvəl Fransa, Böyük Britaniya, Avstraliya və Kanada da daxil olmaqla, bir qrup Qərb ölkəsi Qərb sahilində gərginliyin artdığını bəyan etmiş və regionda vəziyyətin deeskalasiyasına çağırmışdı.
Oxşar xəbərlər
İsrail Ordusu İordan çayının qərb sahilində yeni reydlər keçirib
İsrail İordan çayının qərb sahilində terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxlayıb
İsrail ordusu yanvar ayında İordan çayının qərb sahilində 55 silahlı radikalı məhv edib
Aİ İordan çayının Qərb sahilinə məskunlaşan israillilərə qarşı sanksiyaları razılaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Trampın Türkiyədən qayıdarkən təyyarəsini dəyişməsinin səbəbi məlum oldu
-
Əmanətlərin Sığortalanması Fonduna xarici ölkələrdən kiberhücumlar olub
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Tramp İranı hədələyib
