Azərbaycanın ofşor külək enerjisinin kommersiya potensialı 38 QVt səviyyəsində qiymətləndirilir
sizinxeber.az xəbər saytı

Azərbaycanın ofşor külək enerjisinin kommersiya potensialı 38 QVt səviyyəsində qiymətləndirilir


Azərbaycan ofşor külək enerjisi sahəsində təxminən 38 qiqavat kommersiya potensialına malikdir.

"Report" xəbər verir ki, bu barədə "SOCAR Green"in Texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquliyev Bakıda Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı bildirib.

"Orta və uzunmüddətli perspektivdə ofşor (dəniz) külək enerjisi nəhəng potensiala malikdir. Azərbaycan dənizdə külək enerjisi potensialına görə dünyada aparıcı mövqelərdən birini tutur. Ölkə 157 qiqavat texniki və təxminən 38 qiqavat kommersiya potensialına malikdir.

Eyni zamanda qeyd etmək istərdim ki, ölkəmiz bioenergetika və geotermal enerji sahələrində əhəmiyyətli imkanlara malikdir. Lakin bu texnologiyalar kommersiya baxımından daha az cəlbedicidir və hazırkı mərhələdə əsasən tədqiqat səviyyəsindədir. Bu səbəbdən sözügedən istiqamətlərin inkişafı daha çox tələbat olan günəş və külək həlləri ilə müqayisədə daha yavaş gedir", - E.Tarquliyev qeyd edib.

Oxşar xəbərlər

“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
“Masdar” Azərbaycanda ofşor külək enerjisi, "yaşıl hidrogen" və enerji saxlama sistemlərini araşdırır
“SOCAR Green”: Azərbaycanda “yaşıl enerji” sənayesinin inkişafı dövlət-özəl tərəfdaşlığını tələb edir
Agentlik rəsmisi: “Azərbaycan 23 meqavat günəş enerjisi potensialına malikdir”
Çin şirkəti Xəzərdə külək enerjisi layihəsinin həyata keçirilməsini araşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər