"La Repubblica": İtaliya və digər Aİ ölkələri arasında Ukrayna ilə bağlı fikir ayrılıqları yaranıb
İtaliyanın Baş naziri Ciorcia Meloni bir sıra görüşlərdə, o cümlədən iyunun 5-də Monteneqronun Tivat şəhərində keçirilən Avropa İttifaqı (Aİ) - Qərbi Balkan ölkələri sammitində iştirak etməyib.
"Report" "La Repubblica" qəzetinə istinadən xəbər verir ki, buna səbəb İtaliya və digər Aİ ölkələri arasında Ukrayna ilə bağlı bəzi məsələlərdə yaranmış fikir ayrılıqları ola bilər.
Rəsmi versiyaya görə, Meloni İtaliyada keçirilən tədbirlərdə iştirak etdiyi üçün sammitə vaxtında çata bilməyib.
Qeyd olunub ki, rəsmi Roma Ukraynaya hərbi kontingent göndərilməsinə və Ukraynanın Aİ-yə daxil olmasının sürətləndirilməsinə etirazda davam edir. İtaliyanın Baş naziri Almaniya Kansleri Fridrix Mertsin iyunun 2-də Berlində planlaşdırdığı "E5" (Fransa, Böyük Britaniya, Polşa, Almaniya, İtaliya) formatında görüşü rədd edib. Bazar günü Meloni Fransa Prezidenti Emmanuel Makron, F. Mertsin, Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmerin Londonda keçiriləcək görüşünə qatılmayacaq. Meloninin iyulun ortalarında Parisdə keçiriləcək "Könüllülər koalisiyası"nın görüşündə iştirakı da hələ təsdiqlənməyib.
Məlumata görə, Roma avroüçlüyün bütün səylərinə rəğmən, ABŞ-nin iştirakı olmadan Rusiya-Ukrayna sülh nizamlanmasının əldə olunmasını qeyri-mümkün hesab edir.
Oxşar xəbərlər
İtaliya, Böyük Britaniya, Almaniya və Fransa liderləri Trampla Ukrayna məsələsini müzakirə ediblər
Ərdoğan İtaliyada Meloni ilə görüşüb
İtaliyanın Baş naziri Ağ Evdə Tramp-Zelenski görüşünə qatıla bilər
Ciorcia Meloni Avropa liderləri ilə Yaxın Şərqdəki böhranı müzakirə edib
Ağ Evdə ABŞ, Avropa və Ukrayna liderlərinin görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
