FIFA prezidenti Rusiya komandalarının beynəlxalq yarışlara mümkün qayıdışına münasibət bildirib
sizinxeber.az xəbər saytı

FIFA prezidenti Rusiya komandalarının beynəlxalq yarışlara mümkün qayıdışına münasibət bildirib


FIFA prezidenti Canni İnfantino Rusiya komandalarının beynəlxalq turnirlərə mümkün qayıdışı ilə bağlı sualı cavablandırıb.

"Sizinxeber.az" "Real Americas Voice"a istinadən xəbər verir ki, ali futbol qurumunun rəhbəri məsələyə qısa münasibət bildirib.

O, Rusiyanın hazırda beynəlxalq yarışlardan kənarda qaldığını xatırladıb:

"Ümid edirik ki, nəsə olacaq. Sülh gələcək və Rusiya turnirlərə qaytarılacaq".

Qeyd edək ki, Rusiya təmsilçiləri 2022-ci ilin fevralından Ukraynadakı vəziyyətlə əlaqədar FIFA və UEFA-nın bütün yarışlarından kənarlaşdırılıb. Rusiya yığması həmin vaxtdan sonra yalnız yoldaşlıq oyunları keçirib.

Oxşar xəbərlər

Ukrayna FIFA və UEFA-ya etiraz notası göndərib
FIFA-nın prezidenti COP29-da iştirak edəcək
Rusiya millisi DÇ-2030-un seçmə mərhələsində iştirak edə bilər
FIFA Samuel Etoya 6 ay müddətinə Kamerun millisinin oyunlarına getməyi qadağan edib
FİFA-dan türkiyəli hakimin döyülməsinə reaksiya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər