Portuqaliya-Çili matçındakı qarşıdurmadan sonra Leao və Roman meydandan kənarlaşdırılıb
sizinxeber.az xəbər saytı

Portuqaliya-Çili matçındakı qarşıdurmadan sonra Leao və Roman meydandan kənarlaşdırılıb


Futbol üzrə Portuqaliya yığmasının hücumçusu Rafael Leao və Çili yığmasının müdafiəçisi İvan Roman yoldaşlıq oyunu zamanı meydandan kənarlaşdırılıblar.

"Sizinxeber.az" xəbər verir ki, birinci hissənin sonuna yaxın hər iki oyunçu qırmızı vərəqə alıb.

Lissabonda "Eştadiu Nasional du Jamor" stadionunda keçirilən oyun zamanı Leao Romanı bir neçə dəfə itələyib, daha sonra isə əli ilə onun üzünə vurub.

Portuqaliya yığması qarşıdan gələn 2026-cı il dünya çempionatına hazırlığı davam etdirir. Çili komandası dünya birinciliyinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, dünya çempionatı 11 iyundan 19 iyuladək ABŞ, Kanada və Meksikada keçiriləcək. Burada ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Portuqaliya yığması qrup mərhələsində Özbəkistan, Kolumbiya və Konqo Demokratik Respublikasına qarşı oynayacaq.

Oxşar xəbərlər

Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq
Konqo Ebola ilə əlaqədar yoxlamadan sonra futbol üzrə dünya çempionatına buraxılıb
Millətlər Liqası: Portuqaliya yığması Polşanı məğlub edib
"Bavariya" Portuqaliya millisinin hücumçusunu transfer etmək istəyir
Portuqaliya dünya çempionatında Hindistan üzərində böyük hesablı qələbə qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər