Naxçıvanda yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb
sizinxeber.az xəbər saytı

Naxçıvanda yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb


Naxçıvan şəhərində yeddi yaşlı uşaq su kanalında boğularaq ölüb.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Qaraxanbəyli kəndi ərazisində baş verib.

Belə ki, 2019-cu il təvəllüdlü Q.E. kənd ərazisində velosiped sürərkən ehtiyatsızlıqdan su kanalına düşüb. O, sudan çıxarılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğularaq ölüb
Bakıdan Neftçalaya qonaq gələn üç yaşlı uşaq suda boğularaq ölüb
Sabirabadda 40 yaşlı kişi su kanalında boğularaq ölüb
Salyanda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb
Tovuzda 73 yaşlı kişi dəm qazından boğularaq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər