Bolqarıstanda keçirilən festivalda Azərbaycanın mədəni irsi nümayiş olunub
sizinxeber.az xəbər saytı

Bolqarıstanda keçirilən festivalda Azərbaycanın mədəni irsi nümayiş olunub


Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "BSS İllik Beynəlxalq Festivalı 2026" mədəni tədbirində təmsil olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, festival çərçivəsində Azərbaycanın zəngin mədəni irsi dünyanın müxtəlif yerlərindən olan insanlara nümayiş etdirilib.

"Günün xüsusi diqqət çəkən məqamı azərbaycanlı şagirdlər tərəfindən Azərbaycanın ənənəvi "Uzundərə" rəqsinin ifa edilməsi olub. Bu da tamaşaçıları heyran edib".

Qeyd edək ki, "BSS İllik Beynəlxalq Festivalı 2026" Bolqarıstandakı Sofiya Britaniya Məktəbi tərəfindən hər il keçirilən böyük mədəni tədbirdir.

Oxşar xəbərlər

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olunub
Azərbaycan və Türkiyənin Bolqarıstandakı səfirləri Sofiyada görüşüblər
Səudiyyə Ərəbistanı nümayəndəsi: Şuşanın gözəlliyi və zəngin mədəni irsi məni heyran etdi
Azərbaycan Budapeştdə keçirilən beynəlxalq festivalda təmsil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər