"Acwa": Mərkəzi Asiya ölkələrində aparılan islahatlar BOEM-ə investisiyaların artımını təmin edib
Mərkəzi Asiya regionu ölkələrində aparılan islahatlar bərpa olunan enerji mənbələrinə (BOEM) investisiyaların əhəmiyyətli dərəcədə artımına kömək edib.
"Report" xəbər verir ki, bunu "Acwa" şirkətinin Mərkəzi Asiya üzrə prezidenti Abid Malik 31-ci Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, bərpa olunan enerjinin inkişafı sadəcə bir yanacaq növündən digərinə keçid deyil, dövlətlərin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, iqtisadi artımın və gələcək nəsillər üçün dayanıqlı inkişafın təmin edilməsinə yönəlmiş hərtərəfli transformasiyadır.
"Son illərdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyədə BOEM sektorunda müşahidə olunan dinamika aparılan islahatlar və hökumətlərin dəyişikliklərə hazır olması sayəsində mümkün olub", - A.Malik qeyd edib.
O, Özbəkistanı nümunə gətirərək, ölkədə son beş il ərzində həyata keçirilən islahatları əhəmiyyətli uğur hekayəsi adlandırıb. A.Malikin sözlərinə görə, şirkət Özbəkistanda fəaliyyətə 2020-ci ildə başlayıb, bu gün ölkədəki layihə portfeli 11 GVt-ı ötür, potensial investisiya həcmi isə təxminən 20 milyard ABŞ dolları təşkil edir.
A. Malik həmçinin bildirib ki, şirkət Azərbaycanda ümumi gücü təxminən 240 MVt olan külək enerjisi layihələri həyata keçirir, Türkiyədə isə ümumi gücü 5 GVt-a qədər olan bərpa olunan enerji obyektlərini inkişaf etdirməyi planlaşdırır.
O, enerji keçidinin dəstəklənməsində beynəlxalq maliyyə institutlarının mühüm rolunu xüsusi vurğulayıb. Şirkətin prezidenti Dünya Bankını, Beynəlxalq Maliyyə Korporasiyasını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnkişaf Bankını, Asiya İnfrastruktur İnvestisiyaları Bankını və İslam İnkişaf Bankını əsas tərəfdaşlar adlandırıb.
"Hökumətlərin maliyyələşdirmə mexanizmlərini daha aydın başa düşməsi və enerji layihələrində investisiya öhdəlikləri ilə bağlı narahatlıqların azaldılması zərurəti əsas çağırış olaraq qalmaqdadır", - A.Malik vurğulayıb.
Oxşar xəbərlər
Özbəkistanda bərpa olunan enerjinin gündəlik istehsal həcmi 50 %-i ötüb
Rafael Qrossi: "AEBA Azərbaycandan və Mərkəzi Asiyadan 600-dən çox BOEM layihəsi əldə edib"
Mikayıl Cabbarov: "Avropa ilə Mərkəzi Asiya arasında "yaşıl körpü" salırıq"
Joze Karluş Pereyra: "Asiya-Sakit okean regionunda BOEM-in irimiqyaslı maliyyələşdirilməsinə ehtiyacı var"
"ACWA Power" 2030-cu ilədək portfelini 250 layihəyə qədər genişləndirməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
