Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
sizinxeber.az xəbər saytı

Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb


Şimali Koreya lideri Kim Çen In "Kan Kon" esminesini ziyarət edərək gəminin dəniz sınaqlarını yoxlayıb və ölkənin dəniz qüvvələrinin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Şimali Koreyanın "Rodonq Sinmun" qəzeti məlumat yayıb.

Səfər zamanı Kim Çen In heyətin fəaliyyətini yüksək qiymətləndirib, gəminin kruiz və yüksək sürətli manevr imkanlarından məmnunluğunu bildirib.

Şimali Koreya lideri dəniz komandanlığına sınaqları tez bir zamanda başa çatdırmağı və "Kan Kon" esminesi ilə yanaşı, 5000-ci "Çve Hyen" hərbi gəmisini də istismara verməyi tapşırıb.

Kim Çen In həmçinin müharibənin qarşısını almaq və sülhü qorumaq üçün quruda, dənizdə və havada hərbi imkanları gücləndirməyin vacibliyini bildirib. O, donanmanın döyüş hazırlığının artırılmasının nüvə müharibəsinin qarşısının alınması strategiyasının vacib elementi olduğunu bildirib.

Oxşar xəbərlər

KXDR yeni esminesin silah sistemlərinin sınağını keçirib
Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
Cənubi Koreya lideri Şimali Koreya ilə münasibətlərin yaxşılaşdırılması təklifi ilə çıxış edib
Şimali Koreya uranın zənginləşdirilməsi üçün sentrifuqaların sayını artıracaq
Şimali Koreyada yeni nəsil ilk esmines suya buraxılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər