İsrail ordusu Livanın cənubunda iki hərbçinin öldüyünü açıqlayıb
sizinxeber.az xəbər saytı

İsrail ordusu Livanın cənubunda iki hərbçinin öldüyünü açıqlayıb


İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda hərbi əməliyyatların keçirildiyi ərazidə özünün iki hərbçisinin həlak olduğunu bildirib.

"Sizinxeber.az" xəbər verir ki, ordu mətbuat xidmətinin bəyanatını yerli "Ynet" portalı yayıb.

Məlumata görə, həlak olanlardan biri elit xüsusi təyinatlı bölmədə bölük komandirinin müavini vəzifəsini tutan 23 yaşlı kapitan Şahar Qamla olub. O, cümə axşamı dron hücumu nəticəsində ağır yaralanıb və sonradan hospitalda dünyasını dəyişib.

Piyada briqadasında xidmət edən 21 yaşlı çavuş Ohad Yaari Livanın cənbunda operativ tapşırıqları yerinə yetirərkən həlak olub. "Ynet" qeyd edib ki, ölümə səbəb "təsadüfi güllə" olub və yaxın vaxtlarda hərbi polis baş vermiş hadisənin təfərrüatlarını araşdırmaq niyyətindədir.

Aprelin 17-dən etibarən İsraillə silahlı qruplaşmaları Livanın cənbunda fəaliyyət göstərən "Hizbullah" radikal hərəkatı arasında formal olaraq atəşkəs rejimi qüvvədədir. Buna baxmayaraq, bütün bu dövr ərzində hər iki tərəf Livan-İsrail sərhədi boyunca sərhədyanı zonalara zərbələr endirməkdə davam edir.

Oxşar xəbərlər

İsrail ordusu Livanda 4 hərbçinin öldüyünü bildirib
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
İsrail Ordusu Livanda 4 hərbçisinin həlak olduğunu açıqlayıb
Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb
İsrail ordusu Livanın cənubunda 7 əsgərin həlak olduğunu açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər