İngiltərə klublarının Çempionlar Liqası üçün sifariş vərəqəsinin genişləndirilməsi təklifi qəbul edilməyib
UEFA İngiltərə Premyer Liqası klublarının Çempionlar Liqası üçün sifariş vərəqəsinin genişləndirilməsi ilə bağlı müraciətini rədd edib.
"Sizinxeber.az" "The Guardian"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri iştirak ərizəsindəki futbolçu sayının 25-dən 28-ə çatdırılmasını istəsələr də qitə futbol qurumu bu təklifi qəbul etməyib.
Cari reqlamentin dəyişdirilməməsinin tərəfdarı kimi isə İspaniya klublarının nümayəndələri çıxış ediblər.
İspaniyalılar hesab edirlər ki, sifariş vərəqəsinin genişləndirilməsi halında İngiltərə klubları öz maliyyə üstünlüklərindən istifadə edərək turnirdə qeyri-bərabər rəqabət mühiti yarada bilərlər. Bu səbəbdən UEFA mövcud qaydaları qüvvədə saxlayıb.
Sözügedən məsələyə 2027/2028 mövsümünün startından əvvəl baxıla biləcəyi qeyd olunub.
Oxşar xəbərlər
Bir təqvim ilində 5 və daha çox kubok qazanan klublar - SİYAHI
UEFA Çempionlar Liqası: Liqa mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq
22 yaşlı Avropa çempionu Premyer Liqa klublarının diqqət mərkəzinə düşüb
UEFA Çempionlar Liqası: Bu gün son finalçı müəyyənləşəcək
UEFA Çempionlar Liqası: Liqa mərhələsində IV tura bu gün yekun vurulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
