Pərviz Şahbazov: "Azərbaycan ötən il Aİ-nin boru kəməri qazı idxalının 8 %-ni təmin edib"
sizinxeber.az xəbər saytı

Pərviz Şahbazov: "Azərbaycan ötən il Aİ-nin boru kəməri qazı idxalının 8 %-ni təmin edib"


Ötən il Azərbaycan Avropa İttifaqının boru kəməri qazı idxalının 8,1 %-ni təmin edib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın strateji əhəmiyyəti onun hasil etdiyi enerjinin həcmindən daha çox, regionları və bazarları nə dərəcədə effektiv birləşdirə bilməsi ilə müəyyən edilir: "Azərbaycan 20-dən çox ölkəyə neft tədarük edir, təbii qazla təmin etdiyi ölkələrin sayı isə 16-dır ki, bu da boru kəməri qazının ixracının coğrafi əhatə dairəsinə görə onu qlobal miqyasda aparıcı ölkələr sırasına daxil edir".

Nazir qeyd edib ki, keçən il və bu ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr və Suriyaya 800 milyon kubmetr qaz ixrac edib: "Azərbaycan üçün premium bazar olan Avropada bərpa olunan enerji hasilatının artmasına baxmayaraq, ötən il Avropa İttifaqında qazdan elektrik enerjisi istehsalı 8 % artıb".

Oxşar xəbərlər

Azərbaycan Avropaya 4 milyard kubmetr qaz ixrac edib
Azərbaycan bu il Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
Azərbaycan Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edib
Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib
Azərbaycan bu il Avropaya 2 milyard kubmetrə yaxın qaz ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər