Elşad Quliyev: "Qazaxıstanla oyunadək belə çətinlik görmədik"
sizinxeber.az xəbər saytı

Elşad Quliyev: "Qazaxıstanla oyunadək belə çətinlik görmədik"


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında indiyədək belə çətinlik yaşamayıb.

"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.

Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb:

"Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-of görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik.

İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq.

Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik".

Mütəxəssis 1/4 finaldakı rəqib Çexiyanın çox güclü olduğunu sözlərinə əlavə edib:

"Erkən final olacaq. Yaxşı və hazırlıqlı komandadır".

Oxşar xəbərlər

Elşad Quliyev: "Avstriya ilə oyun çətin alındı, lakin qalib gəlməyi bacardıq"
Elşad Quliyev: "Qrup mərhələsini birinci pillədə bitirmək istəyirik"
Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb
Rəcəb Fərəczadə: "Azərbaycanın minifutbol millisi Avropa çempionatının aşkar favoritidir"
Minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə bu gün start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər