Polisin qanuni tələbinə tabe olmayan sürücü saxlanılıb
Binəqədi rayonu ərazisində axtarışda olan “Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən Sizinxeber.az-ya bildirilib ki, mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara əsasən, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.
Onun qanunsuz hərəkətlərinin qarşısı alınaraq aidiyyəti üzrə ərazi polis şöbəsinə gətirilməsi təmin edilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.
Oxşar xəbərlər
Binəqədidə yol polisi əməkdaşlarına müqavimət göstərən sürücü saxlanılıb
Yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib - VİDEO
Konstruksiya dəyişikliyi edilən avtomobili “Tik-Tok”-da paylaşan sürücü həbs edilib
Maşınında xəncər saxlayan və polisin qanuni tələbinə tabe olmayan sürücü həbs edilib
Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

