Məcnun Məmmədov Neftçalada balıqçılıq müəssisəsinin fəaliyyətilə tanış olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
20:30
0
0
1 175
ff aaaaaaa

Məcnun Məmmədov Neftçalada balıqçılıq müəssisəsinin fəaliyyətilə tanış olub

26 may, 2026
20:30
1 175

Məcnun Məmmədov Neftçalada balıqçılıq müəssisəsinin fəaliyyətilə tanış olub

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Neftçalada "Xıllı balıq" MMC-nin fəaliyyəti ilə tanış olub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, müəssisənin mövcud vəziyyəti, istehsal sexlərində istifadə olunan texnoloji avadanlıqlarla tanış olan nazirə məlumat verilib ki, Xəzər dənizində nərəkimilərin qorunması və artırılması məqsədilə 2003-cü ildə yaradılan "Xıllı Nərə balıqartırma Zavodu" hazırda "Xıllı balıq" MMC kimi fəaliyyət göstərir. Nərə cinsli balıqların süni yolla artırılması üzrə ixtisaslaşan bu müəssisədə əsasən Xəzər dənizinə endemik olan nərə, uzunburun, qaya balığı (kələmo) və bölgə balıqları yetişdirilir.

Hazırda müəssisədə müxtəlif yaş qrupuna aid ( 1-20 illik) 8 000 ədəd törədici fond üçün nərə cinsli balıqlar saxlanılır. Müəssisənin illik istehsal gücü 15 milyon körpə balıq buraxılışı üçün nəzərdə tutulub. Fəaliyyət göstərdiyi müddət ərzində müəssisə tərəfindən təbii su hövzələrinə ümumilikdə 80 milyondan artıq müxtəlif növ nərə cinsli balıq körpələrinin buraxılışı həyata keçirilib. Bu il 350 min nərə körpələrinin təbii su hövzələrinə buraxılması planlaşdırılır.

Baxış zamanı ölkədə təbii resurslardan səmərəli istifadə olunmaqla balıqçılıq və akvakultura sahələrinin inkişaf etdirilməsi, balıqçılıq təsərrüfatında yeni texnologiyaların istifadəsi və ekoloji tarazlığın qorunması, rəqabətə davamlı və ekoloji təmiz məhsulların istehsalı, o cümlədən məhsuldarlığın yüksəldilməsi, ətraf mühitə təsiri nəzərə alınmaqla balıq resurslarının formalaşdırılması, habelə balıq ovunun və akvakultura təsərrüfatlarının müasir tələblərə uyğun təşkili və tənzimlənməsi, balıqçılıq və akvakultura sahələrində qanunvericiliyinin təkmilləşdirilməsi, bu sahədə dövlət- özəl əməkdaşlığının daha da inkişaf etdirilməsi, balıqçılıq və akvakulturanın yerli və qlobal dəyər zəncirlərinə inteqrasiyasının təşviq edilməsi məsələləri müzakirə edilib.

Görüş iştirakçıları balıqçılıq və akvakulturanın inkişafına dair fikirlərini bölüşüblər. Söhbət zamanı ölkədə bu sahənin inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə toxunulub, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul