Muxtar Babayev: Mərkəzi Asiya qlobal ətraf mühit gündəliyində əhəmiyyət kəsb edir
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: Mərkəzi Asiya qlobal ətraf mühit gündəliyində əhəmiyyət kəsb edir


Özbəkistanın Səmərqənd şəhəri "Eco Expo Central Asia 2026 and 8th GEF Assembly"yə ev sahibliyi edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb.

"Mərkəzi Asiya qlobal ətraf mühit gündəliyində, xüsusən də buzlaqlar, dağ ekosistemləri, səhralaşma, transsərhəd su əməkdaşlığı və iqlimə dayanıqlılıqla bağlı məsələlərdə getdikcə daha çox əhəmiyyət kəsb edir", - M. Babayev bildirib.

Onun sözlərinə görə, müzakirələr COP29-dan sonra dinamikanı qoruyub saxlamaq, iqlim və dayanıqlı inkişaf gündəlikləri üzrə icra, maliyyələşdirmə və praktiki nəticələrə diqqəti artırmaq üçün mühüm bir məqama təsadüf edir:

"Həftə ərzində məhsuldar fikir mübadilələrini və gücləndirilmiş tərəfdaşlıqları səbirsizliklə gözləyirik".

Oxşar xəbərlər

Kopenhagendə beynəlxalq iqlim rejiminin gələcəyi müzakirə edilib
Muxtar Babayev BƏƏ-nin naziri ilə COP29-un nəticələrini müzakirə edib
Azərbaycanla Yaşıl İqlim Fondu arasında əməkdaşlığın gücləndirməsi müzakirə edilib
Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə
Muxtar Babayev: Azərbaycan iqlim maliyyələşməsinin həcmini artırmaq üçün əməkdaşlığa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər