Rusiya Ermənistandan meyvə və üzüm idxalına məhdudiyyət qoyur
Rusiya iyunun 2-dən etibarən Ermənistandan gətirilən çəyirdəkli meyvələrin və üzümün idxalını məhdudlaşdıracaq.
Sizinxeber.az “Rosselxoznadzor”a istinadən xəbər verir ki, qərar Ermənistan mənşəli meyvələrin Rusiyaya tədarükü zamanı pozuntuların sayının artması ilə əlaqədar qəbul edilib.
Qurum qeyd edib ki, mövcud vəziyyət Rusiyanın fitosanitar təhlükəsizliyi, eləcə də sənaye bağçılığı, meyvəçilik və üzümçülüyün dövlət dəstəyi proqramlarının icrası üçün risk yaradır.
Məhdudiyyətlər albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin və təzə üzümə şamil ediləcək.
Qeyd olunub ki, tədbirlər yalnız Rusiyaya idxalı deyil, həm də bu məhsulların Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə tranzit daşınmasını əhatə edəcək.
Oxşar xəbərlər
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir
Rusiya Ermənistandan bəzi giləmeyvə və təzə tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib
Rusiya Ermənistandan bəzi giləmeyvə və tərəvəzlərin idxalına məhdudiyyət tətbiq edib
Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalını məhdudlaşdıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

