Bu gün Astaranın bir sıra ərazilərində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Bu gün Astaranın bir sıra ərazilərində işıq olmayacaq


Bu gün Astaranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Sizinxeber.az"a "Azərişıq" ASC-dən məlumat verilib.

Astara Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Astara" yarımstansiyasından çıxan "Lovain" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 14:30-dan 17:00-dək rayonun Çayoba, Hamoşam, Kakalos, Qamışoba, Pensər, Sım, Siyaku, Şahağac, Şiyəkəran, Təngərud, Toradi kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Astaranın bəzi kəndlərində işıq olmayacaq
Mingəçevirin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Bu gün Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Lənkəranda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Lənkəranın bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər