Netanyahu Trampa İsrailə hücum ediləcəyi təqdirdə Beyruta zərbələrin bərpa olunacağını bildirib
sizinxeber.az xəbər saytı

Netanyahu Trampa İsrailə hücum ediləcəyi təqdirdə Beyruta zərbələrin bərpa olunacağını bildirib


İsrailin Baş naziri Binyamin Netanyahu iyunun 1-də axşamı ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.

"Report"un məlumatına görə, Netanyahu bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Bu axşam Prezident Trampla danışdım və ona dedim ki, əgər "Hizbullah" şəhərlərimizə və vətəndaşlarımıza hücumu dayandırmasa, İsrail Beyrutun terrorçu hədəflərinə qarşı hücumları bərpa edəcək", - paylaşımda bildirilir.

Onun sözlərinə görə, İsrailin bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalır və ölkənin Müdafiə Ordusu plana uyğun olaraq Livanın cənubunda fəaliyyətini davam etdirir.

Daha əvvəl Tramp İsrail və radikal "Hizbullah" hərəkatının hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini açıqlayıb.

Xatırladaq ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq, bir neçə şəhərə zərbə endiriblər. Əməliyyat Yaxın Şərqdə gərginliyin artmasına, Fars körfəzi ölkələrinin münaqişəyə cəlb olunmasına və Hörmüz boğazının bağlanmasına səbəb olub.

Livanın radikal "Hizbullah" qruplaşması İran tərəfində müharibəyə qoşulduqdan və İsrailə raket və pilotsuz təyyarələr atdıqdan sonra İsrailin Müdafiə Ordusu Livanın cənubuna və radikal qrupun infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatlarını genişləndirib.

Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın Birləşmiş Ştatların Şərq vaxtı ilə saat 17:00-da qüvvəyə minən 10 günlük atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Aprelin 24-də isə atəşkəsin üç həftə uzadılacağını bildirib.

May ayının ortalarında ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində Livan və İsrail arasında atəşkəsin 45 gün uzadılacağını yazıb.

Oxşar xəbərlər

Tramp: İsrail və "Hizbullah" atəşkəs barədə razılığa gəlib
Netanyahu Trampla telefon danışığı aparıb
Netanyahu: Tramp İrana çox güclü təzyiq göstərir
Netanyahu: İsrail ordusu Livanın cənubunda qalacaq
KİV: Netanyahu ABŞ-dən İsrailə qayıdıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər