40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib
sizinxeber.az xəbər saytı

40 yaşlı Luka Modriç Xorvatiyanın dünya çempionatı heyətinə daxil edilib


İtaliyanın “Milan” klubunun yarımmüdafiəçisi Luka Modriç Xorvatiya millisinin dünya çempionatı üçün yekun heyətinə salınıb.

Sizinxeber.az xəbər verir ki, Xorvatiya Futbol İttifaqının məlumatına görə, milli komandanın sifariş ərizəsində ümumilikdə 26 futbolçu yer alıb.

40 yaşlı Modriç 2025-ci ilin yayından “Milan”da çıxış edir. O, bundan əvvəl 13 il İspaniyanın “Real Madrid” klubunun formasını geyinib.

Təcrübəli futbolçu karyerası ərzində altı dəfə UEFA Çempionlar Liqasının, beş dəfə Klublararası Dünya Çempionatının, dörd dəfə İspaniya çempionatının qalibi olub. Modriç 2018-ci ildə “France Football” jurnalının təsis etdiyi “Qızıl top” mükafatını qazanıb.

Xorvatiya millisində 196 oyuna çıxan və 28 qol vuran Modriç 2018-ci ildə dünya çempionatının gümüş, 2022-ci ildə isə bürünc medalçısı olub. ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026 onun karyerasında beşinci dünya çempionatı olacaq.

Oxşar xəbərlər

“Milan” Luka Modriçin transferini açıqlayıb
Luka Modriç İngiltərə klubunun sahiblərindən biri olacaq
"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
Modriç "Real"dan ayrılacağını rəsmən açıqlayıb
Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər