Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb
sizinxeber.az xəbər saytı

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb


Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün (ötən gün-red) təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapıldı. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir.

Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb", - arxeoloq qeyd edib.

Oxşar xəbərlər

Rektor: 15 illik yol Türk Dövlətləri Təşkilatı üçün çox məhsuldar olub
Eureporter.co: Naxçıvan dünyanın kəşf edilməyə layiq ən unikal yerlərindən biridir
Naxçıvanda “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və böyük qayıdış” Respublika Elmi Konfransı keçirilir
Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Gürcüstanda 5 min il yaşı olan qədim yaşayış məskəninin qalıqları aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər