Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəlib
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəlib


Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

"Tipos Arena"da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.

Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.

Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.

Oxşar xəbərlər

Azərbaycanın minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında adını yarımfinala yazdırıb
Macarıstan millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında 1/4 finala yüksəlib
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
Minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə bu gün start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər