Sterlinq narkotikin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılıb
sizinxeber.az xəbər saytı

Sterlinq narkotikin təsiri altında avtomobil idarə etdiyinə görə saxlanılıb


Hazırda Niderlandın "Feyenoord" klubunda çıxış edən İngiltərə millisinin keçmiş oyunçusu Rahim Sterlinq polis tərəfindən narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinərək saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Britaniyanın "The Sun" nəşri xəbər yayır.

Qeyd olunub ki, futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün "Lamborghini" markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir, lakin futbolçu tibbi müayinədən keçməkdən imtina edib.

Sterlinq hazırda girov müqabilində sərbəst buraxılıb.

Xatırladaq ki, 31 yaşlı ingiltərəli futbolçu bu ilin fevral ayında azad agent statusu ilə Londonun "Çelsi" klubundan "Feyenoord"a keçib. Hollandiya klubunun heyətində 8 oyun keçirən futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl "Arsenal", "Mançester Siti", "Liverpul" klublarında və İngiltərə millisində də çıxış edib.

Oxşar xəbərlər

Rahim Sterlinq mövsümün sonunda "Feyenoord"dan ayrılacaq
Sterlinq Çempionlar Liqasında dörd fərqli klubda oynayan ilk ingiltərəli futbolçu olub
"Arsenal" və "Seltik" klublarında çıxış etmiş futbolçu 15 ay həbs cəzası alıb
"Daily Mail": "Çelsi"nin sabiq oyunçusu narkotiklərin qanunsuz dövriyyəsi işi üzrə saxlanılıb
Narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər