"Daily Mail": "Çelsi"nin sabiq oyunçusu narkotiklərin qanunsuz dövriyyəsi işi üzrə saxlanılıb
sizinxeber.az xəbər saytı

"Daily Mail": "Çelsi"nin sabiq oyunçusu narkotiklərin qanunsuz dövriyyəsi işi üzrə saxlanılıb


Narkotik vasitələr əldə etməkdə şübhəli bilinən "Vest Bromviç Albion" və "Çelsi"nin sabiq müdafiəçisi Nil Klement İspaniyada saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, İngiltərə Premyer Liqasının 47 yaşlı sabiq oyunçusu "Riviera del Sol" ticarət mərkəzində saxlanılıb. Onun üzərində və yaşadığı yerdə müxtəlif narkotik maddələrlə nağd pul aşkarlanıb.

Klement 2000-2010-cu illərdə "Vest Bromviç"in heyətində çıxış edib, 295 oyun keçirərək 24 qol vurub. O, əvvəllər "Çelsi"də də oynayıb.

Klement saxlanıldıqdan sonra məhkəmə qarşısına çıxarılıb və istintaq müddətində girov müqabilində sərbəst buraxılıb. Polis bir kiloqramdan çox qadağan olunmuş maddə müsadirə edib. Əməliyyat sakinlərin şübhəli fəaliyyətlə bağlı şikayətlərindən sonra aparılan yoxlamanın bir hissəsi olub.

Oxşar xəbərlər

"Çelsi" səfərdə "Vest Hem" üzərində qələbə qazanıb
Qaradağda 34 kiloqramdan artıq narkotik qanunsuz dövriyyədən çıxarılıb
"Liverpul" və "Çelsi" klublarının sabiq müdafiəçisi vəfat edib
"Çelsi"nin sabiq futbolçusu vəfat edib
Lukaku peşəkar karyerasında 400-cü qolunu vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər