Ukrayna savaşı nə zaman bitəcək? - Putindən açıqlama » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
may
2026
01:09
0
0
1 158
ff aaaaaaa

Ukrayna savaşı nə zaman bitəcək? - Putindən açıqlama

30 may, 2026
01:09
1 158

Ukrayna savaşı nə zaman bitəcək? - Putindən açıqlama

Hazırda Ukraynadakı münaqişənin sonu ilə bağlı konkret bir müddət açıqlamaq mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərindən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Münaqişənin başa çatmaq üzrə olduğu barədə bəyanata gəldikdə isə, mən onu səbəbsiz deyil, döyüş meydanındakı vəziyyətə əsasən verdim. Orada qoşunlarımız bütün istiqamətdə hər gün irəliləyir”, - deyə o qeyd edib.

O, həmçinin bir neçə Avropa siyasətçisinin guya Rusiyanın Avropa ilə müharibə hazırlıqları ilə bağlı açıqlamalarını da şərh edib.

“Bu, cəfəngiyat və yalandır”, - deyə Vladimir Putin bildirib.

Onun sözlərinə görə, Ukraynada baş verənlərə görə məsuliyyət Avropa ölkələrinin üzərindədir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul