Rubio Livanda gərginliyin azaldılmasının şərtlərini açıqlayıb
sizinxeber.az xəbər saytı

Rubio Livanda gərginliyin azaldılmasının şərtlərini açıqlayıb


ABŞ dövlət katibi Marko Rubio Livan prezidenti Cozef Aun ilə telefon danışığı zamanı Vaşinqtonun gərginliyi azaltmaq üçün “Hizbullah”ın İsrailə hücumlarını dayandırmalı olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Tommi Piqotun yazılı açıqlamasında bildirilir.

Onun sözlərinə görə, Rubio Livan hökumətinin “Hizbullah”ın Livan xalqının zərərinə danışıqları pozmaq üçün davamlı cəhdlərinə baxmayaraq, İsraillə birbaşa danışıqlar aparmaq istəyini müsbət qiymətləndirib.

"O, “Hizbullah”ın davam edən döyüşlərə görə tam məsuliyyət daşıdığını təkrarladı və gərginliyin azaldılmasının “Hizbullah”ın hücumlarına və təxribatlarına dərhal son qoyulmasını tələb etdiyini vurğuladı", - Piqot əlavə edib.

Oxşar xəbərlər

İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb
Rubio Vaşinqtonda İsrail–Livan danışıqlarına qatılacaq
Gideon Saar: "Hizbullah" İsrail və Livan arasında əsas maneədir
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
Livan və “Hizbullah” ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər