Nazir: "İdxal edilən məhsulların 25 %-ni Azərbaycanda tam əvəzləmək potensialı var"
İdxal edilən məhsulların 25 %-ni Azərbaycanda tam əvəzləmək potensialı var.
"Sizinxeber.az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.
"Biz bunların ölkədə 100 % istehsalına və idxalın əvəzlənməsinə nail ola bilərik. Məhsulların təxminən 50 %-də isə qismən əvəzetmə imkanlarımız var. Burada yerli istehsal mövcud olacaq, amma müəyyən qədər idxaldan asılılıq da qalacaq. Biz 25 % məhsulu isə daim idxal edəcəyik. Bunlar soya, palma yağı, banan kakao və qəhvə kimi məhsullardır", - o vurğulayıb.
M.Məmmədov vurğulayıb ki, dünyada baş verən hadisələr və logistik zəncirlərdəki qırılmalar istehsal vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb ki, bu da nominal olaraq artan dövlət dəstəyinin real ifadədə azalmasına səbəb olub: "Dövlət dəstəyi mexanizmlərində son illərə qədər vəsaitin əsas hissəsi bitkiçiliyə yönəldilib - bunun 74 %-i bitkiçiliyin, 20 %-i texnika dəstəyinin, cəmi 6 %-i isə heyvandarlığın payına düşüb. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu günə qədər dövlət dəstəyi əsasən sosialyönümlü xarakter daşıyıb. Bu dəstək regionların inkişafına, məşğulluğun artırılmasına və ərzaq təhlükəsizliyinin təmininə istiqamətlənib. Bununla yanaşı, dövlət dəstəyi məhsuldarlığın, fermer gəlirlərinin, aqrar emalın və ixracın artırılmasına da xidmət edir və bundan sonra bu istiqamət daha da gücləndirilməlidir".
Oxşar xəbərlər
İlham Əliyev: Azərbaycan özünü mal əti ilə 84 % təmin edir
Nazir: "Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənib"
Azərbaycanın qarabaşaq üzrə xaricdən asılılığına son qoyacaq addım açıqlanıb
Nazir: "Müasir suvarmanın genişləndirilməsi əsas istiqamətlərdən biri olmalıdır"
Məcnun Məmmədov: "Halal ərzaq istehsalına maraq və tələb artmaqdadır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
