Peruda güclü yağışlara görə fövqəladə vəziyyət rejimi uzadılıb
sizinxeber.az xəbər saytı

Peruda güclü yağışlara görə fövqəladə vəziyyət rejimi uzadılıb


Peru hakimiyyəti ölkənin 11 regionunun 41 rayonunda fövqəladə vəziyyət rejimini 60 gün müddətinə uzadıb.

"Sizinxeber.az"un "El Peruano" rəsmi bülleteninə istinadən xəbərinə görə, müvafiq qərarı ölkənin Ali Məhkəməsi qəbul edib.

Sənəd iyunun 1-dən qüvvəyə minəcək. Fövqəladə vəziyyət rejimi Ankaş, Apurimak, Arekipa, Ayakuço, Kaxamarka, Kusko, Uankavelika, Uanuko, Xunin, Lima və Pasko regionlarında tətbiq olunacaq.

Milli Mülki Müdafiə İnstitutunun məlumatına görə, fövqəladə tədbirlər çərçivəsində çayların və yarğanların təmizlənməsi, həmçinin zərərçəkmiş sakinlər üçün müvəqqəti sığınacaqların yaradılması planlaşdırılır.

Qərarda qeyd olunub ki, xilasetmə, bərpa və digər işlər dövlət büdcəsindən əlavə vəsait cəlb edilmədən profil qurumlarının büdcələri hesabına maliyyələşdiriləcək.

Oxşar xəbərlər

Myanmada fövqəladə vəziyyət rejimi altı ay uzadılıb
Tramp ABŞ-də fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb
Madaqaskarda fövqəladə vəziyyət tətbiq edilib
Kurildə fövqəladə vəziyyət rejimi tətbiq edilib
Kalmıkiyanın 9 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər