"NBC News": ABŞ ordusu Hörmüz boğazında İran minalarının olmasını təsdiqləyə bilmir
sizinxeber.az xəbər saytı

"NBC News": ABŞ ordusu Hörmüz boğazında İran minalarının olmasını təsdiqləyə bilmir


ABŞ Silahlı Qüvvələri İranın Hörmüz boğazında minalar yerləşdirməsinə dair kəşfiyyat məlumatlarını və ölkə rəhbərliyinin bəyanatlarını hələlik təsdiqləyə bilmir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Amerika kəşfiyyatı ehtimal edirdi ki, İran tərəfi minaları boğazda ya fevralın sonunda başlanmış silahlı qarşıdurmadan əvvəl, ya da münaqişənin ilk günlərində yerləşdirib. Telekanal xatırladıb ki, Ağ Evin rəhbəri Donald Tramp və Amerika administrasiyasının nümayəndələri Tehranın bu strateji su yolunu minalamaq gücündə olduğunu mütəmadi olaraq iddia edirdilər.

ABŞ Silahlı Qüvvələri minaların aşkarlanması üçün dəfələrlə pilotsuz sualtı aparatlardan və aviasiya vasitələrindən istifadə etsə də, yalnız zahirən minaları xatırladan "bir neçə obyekt" aşkar edib. Bununla bərabər, "NBC News" qeyd edib ki, həmin obyektlərin, həqiqətən, mina olmasına dair təsdiq hələ də mövcud deyil.

İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani daha əvvəl vurğulamışdı ki, Hörmüz boğazını minalaması ilə bağlı Tehranın ünvanına səsləndirilən ittihamlar "tamamilə azdırıcı xarakter daşıyır və yalnız siyasi məqsədlər güdür".

Oxşar xəbərlər

"Axios": İran Hörmüz boğazında yenidən mina fəaliyyətini artırıb
Tramp: İran Hörmüz boğazında ABŞ gəmilərinə hücum etsə, yer üzündən silinəcək
"Fox News": Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır
ABŞ Hörmüz boğazında mina əleyhinə əməliyyatlarını gücləndirir
ABŞ-nin Hörmüz boğazında 6 katerin vurulması barədə bəyanatı İranda təkzib edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər