"Arsenal" və "Seltik" klublarında çıxış etmiş futbolçu 15 ay həbs cəzası alıb
İngiltərənin "Arsenal", "Sanderlend", Şotlandiyanın "Seltik" klublarında çıxış etmiş sabiq futbolçu Entoni Stouks 15 ay həbs cəzası alıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, irlandiyalı oyunçu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.
O, 2023-cü ildə ölkəsinin paytaxtı Dublində sərxoş halda avtomobilini yüksək sürətlə idarə etdikdən sonra polis tərəfindən saxlanılıb. Tibbi müayinədən sonra onun yüksək dozalı narkotik vasitələrdən istifadə etdiyi və üzərində gəzdirdiyi müəyyən edilib.
Qeyd edək ki, futbolçu karyerasının parlaq illərini "Seltik"də keçirən 36 yaşlı Entoni Stouks 2010-cu ildən 2016-cı ilə qədər bu klubun heyətində 135 oyunda 58 qol vurub. O, həmçinin 9 dəfə İrlandiya millisinin formasını geyinib.
Oxşar xəbərlər
Premyer Liqa klubu yeni transferini açıqlayıb
Portuqaliya millisinin üzvü karyerasını başa vurub
Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək
"Qəbələ" Azərbaycan millisinin sabiq futbolçusu ilə müqavilə imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
